İdman
Qurban Qurbanov millidən imtina etdi - Baş katib kiminlə razılaşdı?
Foqtsun istefa verməsindən sonra Azərbaycan millisinin baş məşqçi postuna kimin gətiriləcəyi məsələsi aktuallaşıb. İctimai rəy “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun tərəfindədi. Ancaq Publika.az-ın əldə etdiyi məlumata görə, Qurbanov millini çalışdırmaqdan imtina edib.
AFFA-dakı mənbənin saytımıza verdiyi məlumata görə, Elxan Məmmədovla Qurban Qurbanov məsələ ilə bağlı müzakirə aparıblar. Ancaq razılıq əldə olunmayıb. Baş katib Qurbanovdan milliləşdirilmiş futbolçulardan imtina olunmamasını tələb edib. “Qarabağ”ın çalışdırcısı isə bu təklifi qəbul etməyib.
Bundan sonra Elxan Məmmədov “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze ilə təmas qurub. Məlumata görə, gürcü çalışdırıcı baş katibin şərtini qəbul edib.
Məsələ ilə bağlı əlavə məlumat almağa və tərəflərin mövqeyini öyrənməyə çalışacağıq.
Aldığımız ən son məlumata görə, Bakıya dönən kimi Rövnəq Abdullayev də Qurban Qurbanovla görüşəcək. Görüş “Qarabağ” - “Qəbələ” oyunundan sonra baş tutacaq.
Aygün
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu