Prezident: “Yeni qaydalar tətbiq olunmalıdır”
Bizi izləyin

İdman

Prezident: “Yeni qaydalar tətbiq olunmalıdır”

UEFA prezidenti Mişel Platini yazdığı “Futbol haqqında danışaq” kitabında maraqlı təkliflər irəli sürüb, bəzi qaydaların dəyişdirilməsini istəyib.

Publika.az-ın verdiyi məlumata görə, qurum rəhbəri “ağ vərəqələr”in tətbiq olunmasının vacibliyini vurğulayıb.

Platininin təklifinə əsasən, futbolçu hakimə etiraz edəcəyi halda, sonuncu ona ağ vərəqə göstərir, bundan sonra oyunçu 10 dəqiqə müddətinə meydandan uzaqlaşdırılır.

UEFA prezidenti həmçinin məşqçilərə üç yox, beş futbolçu dəyişikliyindən istifadə etmək hüququ verilməsini də təklif edib.

Platininin təkliflərindən biri də hakimlərlə bağlıdır. O, hakimlərə qoyulan minumum yaş həddinin aradan qaldırılması və yan xətt hakimlərinin meydana daxil olmasına icazə verilməsini istəyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm