• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Qalatasaray" və "Fənərbaxça" derbisi öncəsi maraqlı faktlar

  • İdman
  • 17 Oktyabr 2014 16:16
  • 520 Baxış
"Qalatasaray" və "Fənərbaxça" derbisi öncəsi maraqlı faktlar

"Qalatasaray" və "Fənərbaxça"oktyabrın 18 -də şənbə günü "TT Arena"da üz-üzə gələcək.

Publika.az xəbər verir ki, bu mümasibətlə Türkiyə mətbuatı araşdırma aparıb. Derbi ilə bağlı bəzi faktları oxuculara çatdırırıq.

Derbinin bu günü, keçmişi, hekayələri və rəqəmləri…

1. Sol cinah doludur

Hər iki komanda bu mövsüm heç bir rəqibinin sağ cinahından qol vura bilməyib. Aktivinə bütün qolları ortadan və sol cinahdan yazdıran "Fənərbaxça" standart vəziyyətdən 3, "Qalatasaray" isə 4 qol görüb.

2. İlk qolu yeyən yanacaq

"Qalatasaray" ilə "Fənərbaxça" arasında son 10 ildə oynanan 23 derbidə ilk qolu atan komandalar 80 faiz nisbətində qələbə alıb.

3. Qaç, Lola, Qaç!

Bu mövsümdəki rəqəmlərə baxanda "Qalatasaray"ın "Fənərbaxça"dan daha çox qaçdığı məlum olur. Sarı-qırmızılı komanda orta hesabla 106,9 km qaçıb, "Fənərbaxça" isə 105.4 km.

4. İlk qol bir şairdən

İki komanda arasında oynanan ilk matçda ilk qolu "Qalatasaray"lı Emin Bülent Serdaroğlu vurub. Həmçinin şair olan Serdaroğlunun "Kin" adlı şeirini Mustafa Kamal Atatürk çox sevib. Bu bu şeirin bir misrasının məhz Atatürkün özünün oxuduğu deyilir:

“Garbın cebin-i zâlimi affetmedim seni,

Türk'üm ve düşmanım sana, kalsam da bir kişi”.

5. Cümə, Pazara qarşı

1913/14-cü il mövsümündə İstanbul çempionunu təyin edəcək matçda Cümə Liqası çempionu "Fənərbaxça" və Bazar günü Liqası çempionu "Qalatasaray" qarşılaşıb. Matçı "Fənərbaxça" 3:1 hesabı ilə qazanıb.

6. Birlikdə ev kirayəyə götürdülər

Bəzi mənbələrə görə, rəqabətin yeni başladığı dövrlərdə "Qalatasaray" ilə "Fənərbaxça" idmançıları ortaq kirayəyə götürdükləri bir evdə qalıblar və birlikdə ova çıxıblar. Hər iki komandanın idmançıları gecə vaxtı bir yerə toplaşaraq söhbət edirmişlər. Yenə bir gecə söhbəti zamanı "Qalatasaray"dan Ali Sami Yen "Fənərbaxça"lılara "Said, sabah bizimlə matçının var. Get yat və dincəl" deyə xəbərdarlıq edib.

7. Demək ki, dolurmuş

21 Sentyabr 2003-cü ildə Atatürk Olimpiya Stadionunda oynanan matç, , ən çox tamaşaçının (70.125 bilet) iştirak etdiyi matç olub.

8. "Fənərbaxça"ya qarşı birləşdilər

1996-ci ildə oynanan derbidə "Fənərbaxça"ya qarşı "Qalatasaray"lı tərəfdarların yanında "Beşiktaş" və "Trabzonspor"lular da olub. Alp Yalmanın rəhbərlikdən istefa verməsindən sonra oynanan ilk derbi mahiyyətini daşıyan bu matçda "Qalatasaray"ı "Beşiktaş" və "Trabzonspor"lu tərəfdarlar da dəstəkləmişdi. Ali Sami Yen stadionundakı matçda Qalatasaray 2-0 qalib olub.

9. Aziz Yıldırım və ürəyi

"Fənərbaxça"nın prezidenti Aziz Yıldırım ürəyindən yaşadığı problem üçün müalicəsini "Qalatasaray" matçı ilə eyni günə saldı. Eynilə Ersun Yanalın etdiyi kimi.

10. Pis idarə etdin, biz çıxırıq!

15 İyun 1923-cü ildəki matçda "Fənərbaxça"nın vurduğu qolun qayda pozuntusu olduğu iddia edən "Qalatasaray" oyunçularının bu etirazını hakim qəbul etməyib. Bu zaman "sarı-qımızılılar" meydanı tərk ediblər.

11. Amma o bizim idi ...

"Qalatasaray" infrastrukturunda yetişib "Fənərbaxça" forması geyən tək ad Emre Belözoğludur. "Fənərbaxça"nın infrastrukturundan yetişib, "Qalatasaray" forması geyən isə Olcan Adın olub.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR