Oyun alqı-satqısı bu idman növündə də baş verdi
Bizi izləyin

İdman

Oyun alqı-satqısı bu idman növündə də baş verdi

Oyun alqı-satqısı məsələlərini bu dəfə tennis oyunlarında aşkarlanıb.

Bu məsələləri araşdıran prokuror Roberto Di Martino tennisdə bir sıra matçların əvvəlcədən danışıldığını ortaya çıxarıb.

Publika.az xəbər verr ki, Martinonun şübhələndiyi kimi, mafiya 2007-ci ildə ATP reytinqində 49-cu pilləyə qədər qalxan Daniele Braççali ilə oyun alqı-satqısı edib.

2011-ci ildən bəri davam edən araşdırma nəticəsində 100 nəfərə yaxın şübhəli şəxs polis nəzarətinə götürülüb.

Mafiya üzvləri Braççali ilə birbaşa "Skype" vasitəsilə əlaqə saxlayıb. Onların istəklərinə uyğun uduzub-uduzmamasını tələb edib. Digər məlumata görə, italyan tennisçinin set nəticələrini və breyk-pointləri mafiyanın istəyinə uyğun uduzub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm