Futbolçular sona qədər mübarizə apardılar
Bizi izləyin

İdman

Futbolçular sona qədər mübarizə apardılar

"Hər iki komandanın istəyi eyni idi. Həm biz, həm də meydan sahibləri qələbə qazanmaq istəyirdi. Futbolçular sona qədər mübarizə apardılar.

Bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 8-ci turunda bərabərə qaldıqları "Araz Naxçıvan"la (2:2) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis top uğrunda yaxşı mübarizənin getdiyini bildirib: "Hər iki komandanın istəyi çox olduğu üçün top uğrunda yaxşı mübarizə gedirdi. Biz bu gün müdafiədə səhvlər etdik. Məhz bunun nəticəsində 2 qol buraxdıq. “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevi çoxdan tanıyıram. Biz bir yerdə futbol oynamış, daha sonra mən onun rəhbərliyi altında həm klubda, həm millidə çıxış etmişəm. Əsgər müəllimin vaxtında biz əks-hücumda oynayırdıq. Hər məşqçinin futbola öz baxışı var. Mən hücum futboluna üstünlük verirəm. Çalışacağıq ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm