• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ÇL həyəcanı davam edir

  • İdman
  • 21 Oktyabr 2014 11:01
  • 490 Baxış
ÇL həyəcanı davam edir

Bu gün ÇL-nın qrup mərhələsində III turun oyunları başlayacaq.

Publika.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.

E qrupunun lideri "Bavariya" "Roma"nın qonağı olacaq. "Mançester Siti” Moskvada CSKA ilə üz-üzə gələcək.

F qrupunda "Barselona" öz meydanında "Ayaks" klubunu, APOEL isə PSJ-ni qonaq edəcək.
G qrupunun lideri olan "Çelsi" klubu doğma meydanda Sloveniya çempionu "Maribor"u sınağa çəkəcək. Almaniyada isə "Şalke" - "Sportinq" oyunu baş tutacaq.

H qrupunda keçirdiyi iki oyunda heç-heçə edən "Şaxtyor" (Donetsk) klubu səfərdə BATE-nin qonağı olacaq. "Portu" isə öz meydanında "Atletik" (Bilbao) ilə qarşılaşacaq.

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin III turunun qalan 8 oyunu sabah axşam baş tutacaq.



21 oktyabr

E qrupu

21:00. CSKA (Moskva, Rusiya) - "Mançester Siti" (İngiltərə)
23:45. "Roma" (İtaliya) - "Bavariya" (Almaniya)

F qrupu

23:45. APOEL (Kipr) - PSJ (Fransa)

23:45. "Barselona" (İspaniya) - "Ayaks" (Hollandiya)



G qrupu

23:45. "Çelsi" (İngiltərə) - "Maribor" (Sloveniya)

23:45. "Şalke" (Almaniya) - "Sportinq" (Portuqaliya)

H qrupu

23:45. BATE (Belarus) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:45. "Portu" (Portuqaliya) - "Atletik" (Bilbao, İspaniya)



22 oktyabr
A qrupu

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Malmö" (İsveç)

23:45. "Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya)

B qrupu

23:45. "Liverpul" (İngiltərə) - "Real" (Madrid, İspaniya)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsveçrə)

C qrupu

23:45. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)

23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Zenit" (Rusiya)


D qrupu

23:45. "Anderlext" (Belçika) - "Arsenal" (İngiltərə)

23:45. "Qalatasaray" (Türkiyə) - "Borussiya" (Dortmund, Almaniya)

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR