Növbəti bayraq qalmaqalı - FOTO/ VİDEO
Bizi izləyin

İdman

Növbəti bayraq qalmaqalı - FOTO/ VİDEO

Fransa “Liqa 1”-in son turunda baş tutan "Nitsa" - "Bastiya" (0:1) oyununda bayrağa görə qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, qarşılaşmadan sonra qonaq komandanın ehtiyat qapıçısı Jan-Luis Lexa meydanda Korsika bayrağı açıb.

Jan-Luis Lexanın bu hərəkətindən sonra ara qarışıb və "Nitsa" klubunun azarkeşləri meydana axışıb.

Fanatlar "Bastiya"nın futbolçuları - François Modesto və Romarikə qarşı hücum ediblər. Azarkeşlərdən 4-ü həbs edilib.

Qeyd edək ki, Korsika Aralıq dənizində Fransaya bağlı bir adadır. 8680 kvadrat metr əraziyə malik adanın əhalisi 322 min 120 nəfərdən ibarətdir.

Xatırladaq ki, Korsika əhalisi ələ düşən hər fürsətdə müstəqilliklərini elan etmək istəyir. Bu adada tez-tez Fransa əleyhinə aksiyalar baş verir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm