Dünya çempionatından qitə birinciliyinə
Bizi izləyin

İdman

Dünya çempionatından qitə birinciliyinə

Dünya çempionatından qitə birinciliyinə

Portuqaliyanın Lissabon şəhərində karate üzrə yeniyetmə və gənclər arasında Avropa birinciliyinə start veriləcək.

Publika.Az-ın verdiyi xəbərə görə, karateçilərdən ibarət yığma komandamız yarışa əməkdar məşqçilər Vahid Ayvazov, Anar Allahverdiyev, Şahin Xudaverdiyev, eləcə də Rafael Ağayev və Elnur Allahverdiyevin rəhbərliyi altında hazırlaşıb.

Qitə çempionatına yollanan heyət üzvləri arasında son dünya çempionatının medalçıları da var. İdmançılarımızdan ikisi 2013-cü ilin noyabrında İspaniyanın Quadalahara şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında medal qazanıblar.

Fəridə Əliyeva (+54 kq, 14-15 yaşlı yeniyetmələr) bürünc, Tural Ağalarzadə (+54 kq, 18-21 yaşlı gənclər) isə gümüş mükafata layiq görülmüşdü. Qitə çempionatında ümumilikdə 19 idmançımız mübarizə aparacaq.

Qeyd edək ki, turnir Fevralın 7-9-da baş tutacaq.

Aygün İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm