“Hafka”nın komandasına sərt cəza
Bizi izləyin

İdman

“Hafka”nın komandasına sərt cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.

“Sumqayıt” – “Neftçi” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə edilib.

“Qarabağ” – “Qəbələ” matçında “Qarabağ”ın 4, “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.

“Araz Naxçıvan” – AZAL matçında “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 69-cü dəqiqəsində “Bakı”nın futbolçusu Elşad Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 30-cu dəqiqəsində “Bakı”nın məşqçisi Zekir Muarrem və inzibatçısı Vüqar Əliyev hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanıb, klub 10000 manat cərimə olunub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm