Türkiyənin məşhur aparıcısı: “İnanmayan “Qarabağ”ı izləsin”
Bizi izləyin

İdman

Türkiyənin məşhur aparıcısı: “İnanmayan “Qarabağ”ı izləsin”

"NTV Spor"un məşhur teleaparıcısı Güntekin Onay "Qarabağ" klubu haqqında fikirlərini bildirib.

Publika.az xəbər verir ki, ÇL və Avroliqanın son turunun qarşılaşmaları barədə danışan spiker “Qarabağ”ın İtaliyada "İnter"ə uduzmağa layiq olmadığını vurğulayıb:

"Avrokuboklarda sürpriz nəticələr qeydə alınır. "Qarabağ"ı yaxından izləyirəm. Bu komandanın oyunu mənə xoş təəssürat bağışlayıb. Mənə inanmayan varsa, ömründə bir dəfə "Qarabağ"ı televizorda izləsin.

Azərbaycan klubu Avropada bu yerlərə birdən-birə gəlmədi. Neçə il “pley-off”da dayandı. Bu mövsüm isə "Tvente"ni Avroliqadan uzaqlaşdırdı. "Sent-Etyen"lə qarşılaşmadan 1 xalla qazandı.

Milanda əla oynadılar. 2:0 uduzmaqları ədalətli deyildi. Məni ən çox məyus edən Avroliqa matçı budur".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm