Gimnastlarımız “Miss Valentina”da
Bizi izləyin

İdman

Gimnastlarımız “Miss Valentina”da

Gimnastlarımız “Miss Valentina”da

Bu gün Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə ənənəvi “Miss Valentina” turnirinə start veriləcək.

Publika.Az xəbər verir ki, 3 gün davam edəcək yarışda ölkəmizi böyüklər arasında Marina Durunda, Gülsüm Şəfizadə və Nilufər Niftəliyeva, yeniyetmələr arasında Züleyxa İsmayılova, Jalə Piriyeva və Beyza Dəmir, həmçinin Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevanın daxil olduğu qrup komandası təmsil edəcək.

Onlar yığmanın baş məşqçisi Mariana Vasilyeva, Yasena Kuyumciyeva və Vəfa Bakarovanın rəhbərliyi altında yarışacaq. Hakimlər korpusunda ölkəmizi Natalya Bulanova, Anastasiya Prasolova və Yevgeniya Jidkova təmsil edəcək.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm