Mourinyoya söz atdı: "Mən qol vuranda, o, tərcüməçi idi"
Bizi izləyin

İdman

Mourinyoya söz atdı: "Mən qol vuranda, o, tərcüməçi idi"

"Maribor" klubunun meneceri Zlatko Zahoviç, Joze Mourinyoya söz atıb. "Çelsi" ilə baş tutan oyundan əvvəl yerli mətbuata müsahibə verən keçmiş futbolçu maraqlı açıqlamalar vermişdi:

““Çelsi” çempionlar liqasının favoritidir. Mourinyo isə ən yaxşı deyil, yaxşılardan biridir. Onun fenomeni insanları yaxşı idarə etmək üsuludur. Kamera söndürüləndə o, başqa adam olur. Mənim futbolda təcrübəm Mourinyodan çoxdur. Mən idman direktoru və futbolçu olmuşam. Joze yalnız oyunçu kimi fəaliyyət göstərib. 18 yaşımdan karyeramı davam etdirirəm. Çempionlar Liqasında qol vurduğum vaxtlar Mourinyo tərcüməçi çalışırdı”.

Xatırladaq ki, "Çelsi" "Maribor"u 5:0 hesabı ilə darmadağın edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm