İdman
Cahangir Əsgərov onu bağışladı?
Ağır Atletika Federasiyasında 500 min borcu ödədikdən sonra yığma komandada növbəti dəyişikliyin olunması, Nizami Paşayevin yenidən milliyə qaytarılması və yeni baş məşqçinin təyin edilməsi barədə məlumat vermişdik.
Yeni baş məşqçi bir vaxtlar İngiltərənin ağır atletika millisini çalışdırmış macarıstanlı Tamas Feherdir. Onun köməkçiləri Hafiz Süleymanov, Nizami Paşayevlə yanaşı, Xanlar Nəbiyev və Elmar Sultanov olub. (http://publika.az/p/47752)
Publika.az-ın əldə etdiyi məlumata görə, Cahangir Əsgərovun federasiyası keçmiş baş məşqçidən əl çəkmək fikrində deyil. Ağır atletika millisinin keçmiş baş məşqçisi Zlatan Vanevə yenidən federasiyada iş verilib. Saytımıza federasiyaya yaxın mənbədən verilən məlumata görə, Vanev ölkəmizdə işini davam etdirəcək. Ancaq onun işi milli ilə bağlı olmayacaq, Vanev federasiyaya baxan klublardan birində çalışacaq. O, bu işi ilə milliyə yardım göstərəcək.
Əgər bu işin də öhdəsindən gələ bilməsə, o, bir daha federasiyaya qayıtmamaq üzrə gedəcək.
Qeyd edək ki, bu barədə Bolqarıstan mətbuatı da məlumat yayıb.
Aygün İlqarqızı
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO