Bu ulduz futbolçu oyun satıb
Bizi izləyin

İdman

Bu ulduz futbolçu oyun satıb

"Mançester Yunayted"in yay transfer pəncərəsində heyətinə qatdığı Ander Herreranın adı oyun alqı-satqısında hallanır. Publika.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Hadisə onun “Saraqosa” klubunda forma geyindiyi zaman baş verib.

2010-2011 La Liqa mövsümünün son həftəsində oynanılan "Levante" - "Saraqosa" matçında qonaqların formasını geyən Herreranın oyun alqı-satqısı zamanı müəyyən məbləğdə pul alıb. Lakin sonradan onun pulu rəhbərliyə qaytardığı ortaya çıxıb.

Herreradan başqa bəzi futbolçuların da adları danışılmış oyunlarda hallanır. Bunlar "Atletiko"nun kapitanı Qabi, Leonardo Ponzio ("River Pleyt"), Karlos Dioqo ("Saraqosa"), Braulio Nobreqo ("Resre"), Doblas (HİK), Paulo da Silva ("Toluka"), Xorxe Lopes ("Kadiz") və Yaponiya millisinin baş məşqçisi Xavier Aqirredir.

Məlumat üçün bildirək ki, "Saraqosa" sözügedən matçda yalnız qalib gələcəyi təqdirdə, Primeroda qala bilərdi. Bu da baş verib, nəticə də onların istəyinə uyğun olub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm