“Qarabağ”lılar Ukraynada “döyüş”ə hazırlaşır: “Hər şeyə hazır olmaq lazımdır”
Bizi izləyin

İdman

“Qarabağ”lılar Ukraynada “döyüş”ə hazırlaşır: “Hər şeyə hazır olmaq lazımdır”

Avropa Liqasının qrup mərhələsinin III turunda səfərdə "Dnepr"in qonağı olacaq "Qarabağ" klubu bu gün Ukraynaya yola düşüb.

Publika.az-ın məlumatına görə, Ağdam təmsilçisi çarter reysi ilə matçın keçiriləcəyi Kiyev şəhərinə yollanıb.

Komandanın bu axşama məşqi nəzərdə tutulmayıb. Əvəzində, Qurban Qurbanovun komandası sabah, Kiyev vaxtı ilə saat 12:00-da oyunöncəsi son məşqinə çıxacaq.

Qurban Qurbanov oyunla bağlı mətbuata açıqlama verib. O, komandada kiçik problemlərin olduğunu desə də, oyuna kimi hər şeyin qaydasına düşəcəyini vurğulayıb:

“Biz "Dnepr"lə oyuna qədər hər şey qaydasında olsun deyə çalışırıq. Düzdür, kiçik problemlərimiz var. Amma fikrimcə, oyuna kimi hər şey düzələr.

Təəssüf ki, rəqibi yaxşı tanımaq mümkünsüzdür. Onlar hər oyunda heyəti, taktikanı dəyişə bilirlər. Amma müəyyən məlumatlar toplaya bilmişik.

Matçın taleyi oyunun necə keçəcəyindən asılıdır. Oyundan sonra nəticəyə sevinə də bilərik, əksi də ola bilər. Hər şeyə hazır olmaq lazımdır”.

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" oyunu sabah, Bakı vaxtı ilə gecə saat 00:05-də baş tutacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm