Droqba gedir, yoxsa qalır?
Bizi izləyin

İdman

Droqba gedir, yoxsa qalır?

Droqba gedir, yoxsa qalır?

"Didye Droqba "Qalatasaray"dan ayrılmaq istəmir. O, çox dürüst insandır. Hansısa kluba keçmək istəsə, birinci bizə söyləyər".

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Qalatasaray"ın mətbuat xidmətinin rəhbəri Şükrü Ergün deyib.

Hücumçunun ABŞ klublarından birinə gedəcəyi ilə bağlı iddiaları cavablandıran klub rəsmisi ona heç bir təklifin olmadığını bildirib: "Droqba ilə danışıqlarımız davam edir. O, bizə burda qalacağını deyib".

Qeyd edək ki, Droqbanın ABŞ-ın "Setl Soundres" klubu ilə razılığa gəldiyi iddia edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm