Qovulmadılar, yalnız yeni vəzifəyə təyin olundular
Bizi izləyin

İdman

Qovulmadılar, yalnız yeni vəzifəyə təyin olundular

Azərbaycan Taekvondo Federasiyasında məşqçi dəyişikliyi ediləcəyi barədə məlumat vermişdik.


Publika.az-ın əldə etdiyi məlumata görə, bu dəyişiklik baş tutub.

Belə ki, kişilərdən ibarət Azərbaycan millisinin məşqçi Ələkbər İmaməliyevi 49 yaşlı iranlı mütəxəssis Reza Mehmandost əvəz edib. Məlumata görə, onunla 2 illik - 2016-cı ilin sonunadək - müqavilə bağlanılıb.

Qadın komandamızda Gündüz Abdullayevi isə cənubi koreyalı Sun Mi Parka əvəz edib. Gündüz Abdullayev vaxtı ilə məhz Sun Minin yerinə təyin olunmuşdu.

İmaməliyevlə Abdullayev isə baş məşqçi postlarından uzaqlaşdırılsa da, federasiyadan qovulmayıblar. Onlar, yeni qaydaya əsasən, milli komandada məşqçi karyeralarını davam etdirəcəklər. Belə ki, köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Bu barədə saytımıza ATF-nin baş katibi Nağı Səfərov məlumat vermişdi. N.Səfərov belə demişdi:

“Vəzifə dəyişikliyi olacaq. Amma baş məşqçilərin qovulması kimi məsələ yoxdur. Düzdür, xarici mütəxəssislər gündəmdədir. Onlar Azərbaycana dəvət olunacaqlar. Amma bu, tamamilə başqa bir layihə ilə bağlıdır. Heç kimi qovmamışıq. Bilmədən mətbuata dezinformasiya ötürülüb”. (http://publika.az/p/48330)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm