Finalçılar məlum oldu
Bizi izləyin

İdman

Finalçılar məlum oldu

Bakı Dövlət Cıdır Meydanında çövkən üzrə 3-cü Azərbaycan çempionatı sona yaxınlaşır.

Publika.az-ın məlumatına görə, bu gün keçirilən yarımfinal oyunlarından sonra finalda mübarizə aparacaq komandalar məlum olub.

Yarımfinal görüşlərində “Ağdam” komandası “Polad”a 0:1 hesabı ilə uduzub. “Sərhədçi” komandasının çaparları isə “Balakən” təmsilçisinin qapısından 7 cavabsız top keçiriblər.

Beləliklə, sabah keçiriləcək final oyununda “Sərhədçi” və “Polad” komandaları üz üzə gələcəklər. Oyun saat 13:00 da başlayacaq. Bundan bir saat öncə isə 3-cü yer uğrunda qarşılaşma olacaq.

Qeyd edək ki, çövkən oyunlarından öncə Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı Dövlət Cıdır Meydanında xüsusi parad, milli çadırların quraşdırılması və şou proqram planlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm