“Böyük oyun”u kim idarə edəcək?
Bizi izləyin

İdman

“Böyük oyun”u kim idarə edəcək?

“Böyük oyun”u kim idarə edəcək?

Azərbaycan Premyer Liqasında XX turun oyunlarına hakim təyinatları açıqlanıb. Publika.az xəbər verir ki, "Qəbələ" - "Qarabağ" matçını FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Şənbə günü keçiriləcək digər iki oyuna gəlincə, "Rəvan" - "İnter" matçında Rauf Cabbarov, AZAL - "Sumqayıt" görüşündə Elvin Əsgərov fit çalacaq.

Bazar günü baş tutacaq "Xəzər Lənkəran" - "Neftçi" derbisində ədaləti Rəhim Həsənov qoruyacaq. "Simurq" - "Bakı" görüşünü isə Orxan Məmmədov idarə edəcək.

8 fevral

Qəbələ - Qarabağ

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Fərid Məmmədov.

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Fariz Yusifov.

Qəbələ şəhər stadionu. Saat 14.30.

Rəvan - İnter

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Coşqun Həsənov, Sərxan İsmayılov.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.

"Bayıl Arena". Saat 15.00.

AZAL - Sumqayıt

Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Rahil Ramazanov, Ramil Əhmədov.

"AZAL Arena". Saat 15.00.

9 fevral

Simurq - Bakı

Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Əliyar Ağayev

Zaqatala şəhər stadionu. Saat 15.00.

Xəzər Lənkəran - Neftçi

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Feyzulla Feyzullayev.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Elvin Əsgərov.

Lənkəran mərkəzi stadionu. Saat 16.00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm