Rəşad Sadıqov Avroliqanın "yığma"sında yer aldı
Bizi izləyin

İdman

Rəşad Sadıqov Avroliqanın "yığma"sında yer aldı

Avrokuboklarda son turun yekun oyunlarına görə, UA-Futbol saytı Avropa Liqasında həftənin simvolik yığma komandasını müəyyən edib.

Publika.az xəbər verir ki, simvolik yığmada “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da yer alıb. “Dnepr”lə oyunda futbolçumuzun oyununu yüksək dəyərləndirən həmkarlarımız Sadıqovu mərkəz müdafiçisi kimi ən yaxşı hesab ediblər. “Dnepr”lə qarşılaşmada qolun müəllifi Muarem Muaremi isə oyunun qəhrəmanı sayıblar. Avropa Liqasında həftənin simvolik yığma komandasında aşağıdakı futbolçular yer alıblar

Qapıçı: Kreyq Qordan (“Seltik” Şotlandiya)

Müdafiəçilər: Nikola Maksimoviç (“Torino”, İtaliya), Fil Yaqelka (“Everton”, İngiltərə), Rəşad Sadıqov (“Qarabağ”, AZƏRBAYCAN), Juan Jezus (“İnter”, İtaliya),

Yarımmüdafiəçilər: Kevin Konstant (“Trabzonspor”, Türkiyə), Kevin de Brüne (“Volfsburq”, Almaniya), Kristian Malinaro (“Torino”, İtaliya),

Hücumçular: Andrey Kramariç (“Rieka”, Xorvatiya), Demba Ba (“Beşıktaş”, Türkiyə), Qiyom Oaro (“Yanq Boyz”, İsveçrə)

Baş məşqçi: Kent Nilsen (“Olborq”, Danimarka)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm