İranın idman naziri Azərbaycana gəlir
Bizi izləyin

İdman

İranın idman naziri Azərbaycana gəlir

İran İslam Respublikasının gənclər və idman naziri Mahmud Gudərzi Azərbaycana səfər edəcək.

Publika.az AzərTaca istinadən xəbər verir ki, səfərin məqsədi oktyabrın 28-dən 30-dək Bakıda keçiriləcək Gənclər siyasəti üzrə birinci Qlobal Forumda iştirak etməkdir.

Səfər çərçivəsində M.Gudərzinin Azərbaycanın gənclər və idman naziri ilə görüşü də nəzərdə tutulub. Görüşdə nazirlər qarşılıqlı əlaqələrin inkişaf perspektivlərini müzakirə edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm