İdman
Kliçko ilə revanş istəyən Povetkin kamerunlu çempionu “əzdi” - FOTOLAR
Moskvada “WBC Silver” titulu uğrunda boks yarışının finalı keçirilib.
Rusiyalı ağır çəkili Aleksandr Povetkin çempionluq kəmərinin sahibi, kamerunlu Karlos Takama ilə döyüşüb.
Görüşün ilk 4 raundunda kamerunlu daha aktiv olub. Hakimlər ilk raundlarda üstünlüyü və xalları məhz Takamaya veriblər.
Qələbəyə köklənən afrikalı fasilələrdə də sakitləşməyib və skamyada oturmayıb.
Tribunalarda olan azarkeşlər çılğınlıqla Povetkinə dəstək olublar. 4-cü raunddan sonra vəziyyət dəyişib.
6, 7, və 9-cu raundlarda Aleksandr xal hesabında irəlidə olub. 10-cu raundun sonuna yaxın isə rusiyalı güclü zərbələrlə kamerunlunu əldən salıb.
Növbəti güclü zərbədən sonra Karlos Takama nokauta düşüb. Zərbə elə güclü olub ki, kamerunlu güclə ayağa durub.
Qeyd edək ki, Aleksandr Povetkinin arzusu Kliçko ilə revanş matçına çıxmaqdır. Bunun üçün rusiyalı hələ iki döyüşdə də qalib olmalıdır.
İlqar
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR