İdman
Atıcılığın 5 növü üzrə dünya kubokunun sahibi məlum olub
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində Olimpiya atıcılıq növləri üzrə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində atıcılığın 5 növü üzrə yarış keçirilib.
Publika.az xəbər verir ki, səngər stend atıcılığı üzrə kişilərin yarışında Massimo Fabrizi (İtaliya) birinci, Giovanni Pellielo (İtaliya) ikinci, Alberto Fernandez (İspaniya) üçüncü yeri tutub.
Tapançadan 25 metr məsafəyə sürətli atəşaçma yarışında kişilər arasında Leonid Yekimov (Rusiya) birinci, Aleksey Klimov (Rusiya) ikinci, Yuhong Li (Çin) üçüncü, 50 kubmetr mövqedən tüfənglə atəşaçma yarışında kişilərdən Sergey Kamens (Rusiya) birinci, Daniel Brodmeyer (Almaniya) ikinci, Kristian Ole Brayn (Norveç) üçüncü olublar.
Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Sergey Çeryakovski (Rusiya) birinci, Pablo Karrera (İspaniya) ikinci, Vey Pang (Çin) üçüncü, qoşa səngər stendi üzrə Jefrey Holgun (ABŞ) birinci, Hao Vang (Çin) ikinci, Binyuan Hu (Çin) üçüncü yerlərdə qərarlaşıblar.
Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsindən əvvəl il ərzində dünyanın müxtəlif ölkələrində 7 seçim mərhələsi keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Bu yarış Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq Avropa və dünya çempionatlarından sonra ən mühüm yarış hesab edilir. Qəbələdə keçirilən final yarışlarına dünyanın 40 ölkəsindən ümumilikdə 500-dən artıq idmançı və qonaq qatılıb.
Ölkəmizi bu beynəlxalq yarışlarda dairəvi stend atıcılığı üzrə Nurlanə Cəfərova və Emin Cəfərov, güllə atıcılığı üzrə İradə Aşumova və Ruslan Lunev təmsil edir.
Yarışlar oktyabrın 27-də başa çatacaq.
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı