Azərbaycanlı futbolçu şəhid əsgərləri andı
Bizi izləyin

İdman

Azərbaycanlı futbolçu şəhid əsgərləri andı

Türkiyə I Liqasında VII tur başa çatıb. Publika.az-ın məlumatına görə, turun son matçında "Samsunspor" "Elazığspor" klubları üz-üzə gəlib.

Bu görüşdə "Neftçi" klubundan icarəyə götürülən Cavid İmamverdiyev və qonaqların futbolçusu Etame Mbilla meydan sahiblərinin start heyətində yer alıb.

İmamverdiyev ilk hissədə meydanda olduğu halda, Mbilla 90-cı dəqiqədə əvəzlənib.

Görüş sülhlə bitib (1:1). 5-ci dəqiqədə "Elazığspor" hesabı açdıqdan sonra İmamverdiyev və komanda yoldaşları ötən gün Hakkaridə silahlı hücum zamanı şəhid olan 3 türk əsgərini yad ediblər. Belə ki, futbolçular şəhid olan əsgərləri hərbi salamla anıblar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm