Türkiyə Superliqasının VII turu başa çatdı
Bizi izləyin

İdman

Türkiyə Superliqasının VII turu başa çatdı

Türkiyə Superliqasında VII tura yekun vurulub.

Publika.az xəbər verir ki, tura oktyabrın 27-də, “Ərciyəsspor” – “Beşiktaş” matçı ilə yekun vurulub. Gərgin və maraqlı idman mübarizə şəraitində keçən matç meydan sahiblərinin qələbəsilə bitib - 3:2

“Akhisar” səfərdə son pillələrdə yer alan “Karabükspor”un qonağı olub. Görüşdə qonaqlar 2:1 hesabı ilə məğlub olub.

“Kasımpaşa” evdə “Konyaspor”la üz-üzə gəlib. Bu matçda da meydan sahibləri sevinib - 2:0.

“Sivasspor” “Rizəspor”a doğma meydanda boyun əyib - 0:1. “Fənərbağça” isə “Gənclərbirliyi”ni məğlub edib - 2:1. Bundan əlavə “Balıkesirspor” – “Bursaspor” matçı keçirilib və qonaqlar meydan sahiblərini darmadağın edib - 0:5.

"Mersin İdmanyurdu" doğma meydanda "Əskişəhərspor"dan üstün olub - 4:2. "Trabzonspor" - "Qaziantepsor" matçında isə qapılara 8 qol vurulub. Oyun 4:4 hesablı heç-heçə ilə bitib.

"Qalatasaray" səfərdə "Başakşəhər"in qonağı olub. Çezare Prandellinin yetirmələri bu matçda darmadağın olub - 4:0.

Türkiyə Superliqası. VII tur

27 oktyabr

22:00 “Ərciyəsspor” – “Beşiktaş” - 3:2

Qollar: Boye, 54 (1:0), Kerim Fray, 70 (1:1), 85 (1:2), Edinyo, 89 (2:2), Alkiliç, 90+2 (3:2)

26 oktyabr

15:30 “Mersin İdmanyurdu” – “Əskişəhərspor” - 4:2

Qollar: Sismanoğlu, 3 (0:1), Zəngin, 29-pen (0:2), Dəlibalta, 40 (1:2), 75 (2:2), 80 (3:2), Kaloğlu, 90+4 (4:2)

18:00 “Trabzonspor” – “Qaziantepspor” - 4:4

Qollar: Dəmir, 7 (0:1), 52 (1:3), Sen, 18 (0:2), Belkalem, 48 (1:2), Yatabare, 63 (2:3), Çibuike, 64 (2:4), Yılmaz, 67 (3:4), Kardozo, 90 (4:4)

21:00 “Başakşəhər” – “Qalatasaray” - 4:0

Qollar: Mossoro, 16 (1:0), 69 (3:0), Şəntürk, 20 (2:0), Mandureyra, 76 (4:0)

25 oktyabr

18:00 “Sivasspor” – “Rizəspor” - 0:1

Qol: Kvike, 86 (0:1)

21:00 “Balıkesirspor” – “Bursaspor” - 0:5

Qollar: Beluççi, 5(0:1), 55 (0:5), Bukambu, 18 (0:2), 23 (0:3), 34 (0:4)

21:00 “Fənərbağça” – “Gənclərbirliyi” - 2:1

Qollar: Bələzoğlu, 50-pen (1:0), Antal, 81 (1:1), Kuyt, 86-pen (2:1)

24 oktyabr

“Karabükspor” – “Akhisar” - 2:1

Qollar: Gekas, 52 (0:1), Traore, 56-pen (1:1), Bahadir, 90 (2:1)

“Kasımpaşa” – “Konyaspor” - 2:0

Qollar: Skarione, 45 (1:0) Babel, 70 (2:0)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm