Soçidə XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
Bizi izləyin

İdman

Soçidə XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

Soçidə XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

Soçidə XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

Bu gün Bakı vaxtı ilə saat 20: 14-də açılış mərasimi olan XXII Qış Olimpiya Oyunlarının və XI Qış Paralimpiya Oyunlarının Soçidə keçirilməsi barədə qərar 2007-ci il iyulun 4-də Beynəlxalq Olimpiya Komitəsinin Qvatemalada keçirilən 119-cu sessiyasında qəbul olunub. Soçi səsvermənin son 2 mərhələsində Avstriyanın Zalsburq və Koreya Respublikasının Pxeynçxan şəhərlərini qabaqlayıb.

Soçi Olimpiya Oyunlarında yarışlar 11 idman infrastrukturunda təşkil olunacaq. Bu obyektlərin ümumi tamaşaçı tutumu 120 min nəfərdir. İdman obyektləri sırasında ən böyüyü "Fişt" Olimpiya stadionudur.

25 min könüllünün qatıldığı Olimpiadada 2 800-ə yaxın idmançı öz gücünü yoxlayacaq. Onlar yeddi idman növündə 98 dəst medal uğrunda mübarizə aparacaqlar. Paralimpiya Oyunlarında onlardan 26 dəst az medal öz sahibini tapacaqdır.

Bütövlükdə 88 ölkənin qatıldığı yarışa 3 milyarddan artıq tamaşaçının baxacağı gözlənilir.

Olimpiadada ən çox idmançı ilə ABŞ təmsil olunur. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışır.

Azərbaycanı Soçi Qış Olimpiya Oyunlarında 4 idmançı təmsil edəcək. Bunlar fiqurlu konki sürənlər Aleksey Sitnikov, Yuliya Zlobina, xizəkçilər - Patrik Braxner və Qaya Bassani Antivaridir.

Olimpiadanın rəsmi talismanı ağ ayı, dovşan və bəbirdir.

Soçidə XI Qış Paralimpiya Oyunları isə martın 7-dən 16-dək keçiriləcək. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm