Sevgilisini döydü, görüntüləri mətbuata yayıldı - VİDEO
Bizi izləyin

İdman

Sevgilisini döydü, görüntüləri mətbuata yayıldı - VİDEO

Futbolun canlı əfsanəsi Dieqo Maradona növbəti qalmaqalı ilə yadda qalıb.

Publika.az-ın məlumatına görə, o, sevgilisi Rosio Olivanı vurub.

Yayılan videodan da göründüyü kimi, Maradona sevgilisinin yanında olarkən onun telefona baxmasına əsəbiləşib.

“Davam et, telefona baxmağa davam et” deyərək ona yaxınlaşıb. Sevgilisi “öz telefonuma baxa bilmərəmmi?!” cavabını eşitdikdə isə Maradona, Rosioya yumruq atıb.

Sevgilisi isə "Məni vurmağı qurtar, Dieqo" deyə qışqırıb.

Görüntü Maradonanın sevgilisinin telefonu ilə çəkilib və Argentina mətbuatında yayılıb. Videoda əfsanəvi futbolçunun spirtli içki qəbul etdiyi görünüb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm