Ağladığı yerdə videosu yayılan uşağın arzusu reallaşdı - FOTOLAR
Bizi izləyin

İdman

Ağladığı yerdə videosu yayılan uşağın arzusu reallaşdı - FOTOLAR

“Beşiktaş" "Kayseri Ərciyəsspor"un qonağı olub. “Qartallar” 3:2 hesabı ilə məğlub olub.

Kayseriyə gedən futbolçuları aeroportda qarşılayan "Beşiktaş" azarkeşlərindən olan Məcid adlı uşaq Gökhan Törə ilə şəkil çəkdirmək istəyib. Ancaq onun planı baş tutmayıb.

Şəkil çəkdirə bilməyən uşaq ağlamağa başlayıb. Məcid evdə ağlayarkən bacısı onun görüntülərini çəkib.

Video internetdə paylaşma rekordu qırıb və "Beşiktaş" rəsmilərindən Ahmet Ateş bundan xəbər tutub. Qısa müddət ərzində tapılan Məcid "qara qartallar"ın məskunlaşdığı otelə aparılıb və orada bütün futbolçularla şəkil çəkdirməklə yanaşı, imzalı forma da əldə edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm