“Qalatasaray” Sabrini bağışladı
Bizi izləyin

İdman

“Qalatasaray” Sabrini bağışladı

"Qalatasaray"da yeni prezident seçilən Duyqun Yarsuvat və idarə heyəti bu gün "Türk Telekom Arena"da toplantı keçirəcək.

Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:00-da baş tutacaq tədbirdə idarə heyəti ilə yanaşı, intizam şöbəsinə də təlimatlar veriləcək. Daha sonra klubdakı cari vəziyyət müzakirə ediləcək. Yeni rəhbərliyin digər bir işi Sabri Sarıoğlunun bağışlanması olacaq.

"Qalatasaray"dan ayrılmayan Sabriyə daha bir jest edilməsi gözlənilir. Təcrübəli futbolçu ilə müqavilənin yenilənəcəyi deyilir. "Reyis" ləqəbli müdafiəçi artıq bu gündən məşqlərə başlayacaq.

Məlumat üçün bildirək ki, Çezare Prandellinin heyətdən uzaqlaşdırdığı Sabrinin bağışlanması azarkeşlərin də ürəyincə olub.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm