“Qızıl top”a kim sahib olacaq?
Bizi izləyin

İdman

“Qızıl top”a kim sahib olacaq?

FİFA dünyanın ən güclüləri siyahısında 23 futbolçunun adını müəyyənləşdirib.

Publika.az-ın məlumatına görə, “Qızıl top” mükafatına namizədlərin siyahısı açıqlanıb.

FİFA dekabrın 1-də 23 namizəddən üçünü seçəcək. 2015-ci il yanvarın 12-də isə mükafatın sahibi bəlli olacaq.

“Qızıl top” (Ballon D'or ) namizədlərini diqqətinizə çatdırırıq:

Mario Qötze (Almaniya, "Bavariya"), Filipp Lam (Almaniya, "Bavariya"), Tomas Müller (Almaniya, "Bavariya"), Manuel Noyer (Almaniya, "Bavariya"), Aryen Robben (Hollandiya, "Bavariya"), Bastian Şvaynştayger (Almaniya, "Bavariya"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Kriştianu Ronaldo (Portuqaliya, "Real"), Toni Kroos (Almaniya, "Real"), Serxio Ramos (İspaniya, "Real"), Xames Rodriges (Kolumbiya, "Real"), Dieqo Kosta (İspaniya, "Çelsi"), Tibo Kurtua (Belçika, "Çelsi"), Eden Azar (Belçika, "Çelsi"), Anhel di Mariya (İspaniya, "Mançester Yunayted"), Zlatan İbrahimoviç (İsveç, PSJ), Yaya Ture (Fil Dişi Sahili, "Mancester Siti"), Pol Poqba (Fransa, "Yuventus"), Lionel Messi (Argentina, "Barselona"), Neymar (Braziliya, "Barselona"), Xavyer Maskerano (Argentina, "Barselona"), Andres İnyesta (İspaniya, "Barselona").

Qeyd edək ki, siyahıda ən çox təmsilçisi olan komanda Almaniya millisidir. Dünya çempionunun 6 təmsilçisinin adı var.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm