İrqçilik daha bir qalmaqala səbəb oldu – VİDEO
Bizi izləyin

İdman

İrqçilik daha bir qalmaqala səbəb oldu – VİDEO

Ukrayna kubokunun 1/8 finalında keçirilən “Şaxtyor” - “Poltava” görüşündə (4:1) qalmaqal yaşanıb.

Publika.az xəbər verir ki, azarkeşlərin irqçi hərəkətinə görə “Şaxtyor”un futbolçuları oyunu dayandırmalı olub.

“Şaxtaçılar”ın yarımmüdafiəçisi Bernard olayı belə şərh edib:

“Belə vəziyyət tamamilə qəbuledilməz idi. Aleks Teyşeyraya meymun deyirdilər. Ona görə də məcbur olub oyunu dayandırdıq. Buna dözmək olmaz. Biz birlikdə həmin şəxsə cavab vermək istədik.

Baş verənlər qəbuledilməzdir. Biz dəmirdən deyilik, belə hallar bizə təsir edir. Təhqir olunan braziliyalı yox, ukraynalı olsaydı, biz yenə də belə edərdik. Futbol oynayırıq, əsas devizimiz də budur - “Rasizmə yox”. Belə adamları stadionlara buraxmaq olmaz”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm