Bu gün 10-cu turun oyunlarına start verilir
Bizi izləyin

İdman

Bu gün 10-cu turun oyunlarına start verilir

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start veriləcək.

Publika.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçiriləcək. Naxçıvanda "Araz Naxçıvan" klubu öz meydanında "Qəbələ"ni qəbul edəcək. Paytaxt derbisində isə "Bakı" və "Neftçi" komandaları üz-üzə gələcək. Hər iki oyun saat 14:00-da başlayacaq.

Ötən turda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" klubu səfərdə "Sumqayıt"ın qonağı olacaq. AZAL klubu isə evdə "Simurq"la qarşılaşacaq.

Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçiriləcək. Burada "İnter" klubu Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi bu görüşdə qələbə qazanacağı təqdirdə liderliyini bir qədər də möhkəmləndirəcək. Oyun saat 18:00-da başlayacaq.

29 oktyabr

Azərbaycan Premyer Liqası, 10-cu tur

14:00. “Araz Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev
Naxçıvan Muxtar Respublika stadionu.

14:00. “Bakı” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

16:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev
Sumqayt şəhər stadionu

17:00. AZAL – “Simurq”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli
Bakı. “AZAL Arena”

18:00. “İnter” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov
Bakı. “İnter Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm