Fantastik layihə: gəlirlər artacaq
Bizi izləyin

İdman

Fantastik layihə: gəlirlər artacaq

Madrid "Real"ı BƏƏ-nin "Abu Dhabi İnternational Petroleum İnvestment" şirkəti ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.

Bununla da, "kral klubu" önəmli gəlir əldə edib.

Publika.az xəbər verir ki, müqavilənin maliyyə tərəfləri haqqında məlumat verilmir. Ancaq onun uzun müddətə nəzərdə tutulduğu bildirilir.

"Real Madrid" muzeyləri, beynəlxalq brendin imici, futbol məktəblərinin fəaliyyətə başlaması və rəqəmsal mediada yayılması yönündə aparılan əməkdaşlıq müqaviləsində yeni stadionun tikintisi də nəzərdə tutulub.

Madrid klubunun yeni stadionu artıq 2017-ci ildə istifadəyə veriləcək. Şirkət, eyni zamanda, stadionun adı ilə bağlı hüquqları da əldə edəcək. Bunu klubun Prezidenti Florentino Perez də istisna etməyib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Perez "Real"ın 2013/14 mövsümündə gəlirinin 604 milyon ola biləcəyini bildirmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm