"Araz"ın legionerləri oynamayacaq
Bizi izləyin

İdman

"Araz"ın legionerləri oynamayacaq

Sabah I divizionun 16-cı turu çərçivəsində "Araz" "Bakılı"nın qonağı olacaq. Naxçıvan klubu görüşün hazırlıqlarını məskunlaşdığı "Neftçi"nin köhnə bazasında davam etdirir.

Sabah I divizionun 16-cı turu çərçivəsində "Araz" "Bakılı"nın qonağı olacaq. Naxçıvan klubu görüşün hazırlıqlarını məskunlaşdığı "Neftçi"nin köhnə bazasında davam etdirir.

Bu gün komanda oyunun keçiriləcəyi Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionunda son məşqinə çıxacaq. Ancaq oyundan öncə "Araz"ın heyətində bəzi itkilər var. Belə ki, XV turda mövsüm ərzində 4-cü sarı vərəqələrini alan David Canalidze və Aleksandr Krustkeviç bu matçı buraxmalı olacaqlar. Həmçinin, "Neftçala" ilə 14-cü turun qarşılaşmasında qırmızı vərəqə alan Eşqin Quliyev görüşü azarkeş kimi izləmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, ilk dövrədə Naxçıvanda keçirilən matçda "Araz" rəqibini 4:0 hesabı ilə məğlub etmişdi. /Fanat.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm