“Xəzər Lənkəran”ın sabiq futbolçusu saxtakarlığa görə həbs olundu – FOTO
Bizi izləyin

İdman

“Xəzər Lənkəran”ın sabiq futbolçusu saxtakarlığa görə həbs olundu – FOTO

Keçmiş futbolçu Klaudiu Radukanu polis tərəfindən həbs olunub.

Publika.az xəbər verir ki, bu barədə Rumıniyanın hotnews.ro saytı məlumat yayıb.

Rumıniya millisinin üzvü olmuş sabiq oyunçunun saxlanılmasına səbəb saxta yolla pul qazanmaq istəyi olub. Radukanu paytaxt Meksikanın paytaxtı Mexikoda dostu Georgi Papakerlə bankomatlardan pul çıxarırmış.

Belə ki, o, 60-a yaxın saxta kart düzəldib və bu üsulla bankomatlardan pul çəkib.

Bu yolla o, paytaxtda 5000 min Meksika pesosu əldə edib.

Məsələ bankomatların üzərində yerləşən kameralar vasitəsi ilə ortaya çıxıb.

38 yaşlı keçmiş futbolçunun bu hərəkətinə ailəsi də təəccüblənib.

Bacısı Con Radukanu qardaşının bu hərəkətindən utandığını və onun bu cür davrandığına hələ də inana bilmədiyini deyib:

“Hələ də inana bilmirəm, şokdayam. Radukanu belə iş tutacaq biri deyildi. O, yaxşı futbolçu olub. Futbolu başa vurduqdan sonra İngiltərədə tikinti şirkətlərinin birində menecer kimi də işləməyə başlamışdı. Amma nə üçün oğurluq etdiyini anlamıram, heç nəyə ehtiyacı da yox idi”.

Məlumat üçün bildirək ki, Klaudiu Radukanu karyerası boyu 10 klubda forma geyinib. Onun sonuncu iş yeri Azərbaycanın “Xəzər Lənkəran” klubu olub. O, 2008-2009-cu illərdə cənub klubunun formasını geyinib. Kladiu “Xəzər Lənkəran” forması ilə 9 dəfə meydanda olub, cəmi bir qol vurub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm