Bədbəxt hadisə - Qapıçı ölümdən döndü – VİDEO
Bizi izləyin

İdman

Bədbəxt hadisə - Qapıçı ölümdən döndü – VİDEO

"Qlazqo Reyncers"in qapıçısı Stiv Simonsen bədbəxt hadisə ilə üzləşib.

Publika.az xəbər verir ki, liqa kubokunun 1/4 finalında "Sent Sonson"la oyunda topu qaytarmaq istəyən Stivin başı qapı dirəyinə dəyib.

O, oyunu davam etdirə bilməyib. Qapıçı xəstəxanaya yerləşdirilib. Onun durumu haqda məlumat verilmir.

Maç sonrası danışan "Qlazqo Reyncers"in baş məşqçisi Alli Makkoistbelə açıqlama verib: "Onun üçün çox narahat idim. Xəstəxanaya yerləşdirilib, ancaq hələ nə isə demək üçün çox tezdir"

Məlumat üçün bildirək ki, "Reyncers" qarşılaşmadan 1:0 hesabı ilə qalib ayrılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm