PKK Türkiyə klubunu ələ keçirdi – FOTO
Bizi izləyin

İdman

PKK Türkiyə klubunu ələ keçirdi – FOTO

Türkiyənin 2-ci liqasında çıxış edən “Diyarbekirspor” klubunun fövqəladə iclasında komandanın adı, rəngi və loqosu dəyişdirilməli olub.

Komandaya PKK-çıların Diyarbəkirə dediyi Amed adı verilib. Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Diyarbekirspor” adı “Amedspor”a dəyişdirilib.

Bundan başqa, komandanın rəngləri də dəyişib.

1990-cı ildə Diyarbəkir bələdiyyəsi tərəfindən yaradılarkən komanda üçün yaşıl və qırmızı rənglər seçilmişdi. Yeni qərarla komandaya PKK-nın bayrağının rəngləri - yaşıl, sarı və qırmızı rənglərlə əvəz edilib.

Türkiyə mətbuatının iddiasına görə, komandanın yeni loqosu da PKK rəmzlərini əks etdirib. Əvvəllər loqo mavi fonda iki göyərçinin rəsmini əks etdirirdi. Bundan əlavə, yeni loqoda isə PKK-nın gerbində olduğu kimi, ikibaşlı ari qartalı və qırmızı kommunist ulduzu əks etdirilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm