Hafiz Məmmədovun komandası evində biabır oldu: “Onlara tapşırmışdım ki, hamıya ciddi yanaşsınlar”
Bizi izləyin

İdman

Hafiz Məmmədovun komandası evində biabır oldu: “Onlara tapşırmışdım ki, hamıya ciddi yanaşsınlar”

Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” səfərdə “Bakı”nı 3-1 hesabı ilə məğlub etdi.

Publika.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında hər iki klubun baş məşqçisi matçı şərh edib:

“Neftçi”nin baş məşqçisi Arif Əsədov:

“Oyundan qabaq futbolçularıma tapşırmışdım ki, hər bir komandaya ciddi yanaşsınlar. Bundan öncəki turda “AZAL” meydançaya rahat çıxmışdı. Bundan istifadə edən “Bakı” qələbə qazanmışdı. Odur ki, oyunda diqqətli olmalı idik. 3-1 hesabı ilə qələbə qazansaq da, oyun çətin keçdi. Buna baxmayaraq, 3 xal qazana bildik. Oyunçularımı, azarkeşləri təbrik edirəm”.

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca:

“Çox baxımlı oyun izlədik. Qarşılaşmada gözəl qolların şahidi olduq. İndiki durumda “Neftçi” daha güclü komandadır. Amma onlardan geri qalmırdıq. 1-1 hesabından sonra yenə qol vura bilsəydik, oyunda xal qazanmaq mümkün olardı”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm