İdman
"Çelsi" və "Liverpul" növbəti mərhələdə
İngiltərə Liqa kubokunda 1/8 final mərhələsinin oyunlarına start verilib.
Publika.az xəbər verir ki, ilk oyun günündə 5 matç keçirilən görüşlərin dördündə 2:1 hesabı qeydə alınıb.
“Çelsi” “Şreusburi”ni, “Liverpul” “Suonsi”ni, “Baurnemout” “Vest Bromviç”i, "Şeffild Yunayted" isə "Milton Keynes"i məğlub edib.
"Fulhem" - "Derbi" matçında isə qapılara 7 qol vurulub. Sonda sevinən tərəf qonaqlar olub.
Bu oyunlarda qalib gələn komandalar 1/4 finala adlayıb.
İngiltərə Liqa kubokunda 1/8 final mərhələsinin digər oyunları bu gün keçirləcək.
İngiltərə Liqa kuboku. 1/8 final
28 oktyabr
“Baurnemout” – “Vest Bromviç” – 2:1
Qollar: Eunan O`Kane, 49 (1:0), Tommi Elfik, 85-a.q (1:1), Kallum Vilson, 86 (2:1)
“Milton Keynes” – “Şeffild Yunayted” – 1:2
Qollar: Benik Afobe, 67-pen (1:0), Mixael Hidqon, 86 (1:1), 90 (1:2)
“Şreusburi” – “Çelsi” – 1:2
Qollar: Didiyer Droqba, 48 (0:1), Andreu Manqan, 77 (1:1), Jermen Qrandison, 81-a.q (1:2)
“Fulhem” – “Derbi” – 2:5
Qollar: Musa Dembele, 27 (1:0), 45 (2:0), Kris Martin, 45+1-pen (2:1), Jonni Rossel, 47 (2:2), Simon Davkins, 54 (2:3), 65 (2:5), Heff Hendrik, 64 (2:4)
“Liverpul” – “Suonsi” – 2:1
Qollar: Marvin Emnes, 66 (0:1), Mario Balotelli, 86 (1:1), Dejan Lovren, 90 (2:1) Qırmızı vərəqə: Federiko Fernandes, 90 ("Suonsi")
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər