Əfsanəvi futbolçu vəfat etdi
Bizi izləyin

İdman

Əfsanəvi futbolçu vəfat etdi

İsveçrənin “Ksamakas” və “Servett” klublarının keçmiş müdafiəçisi Rayner Hasler 57 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, 2004-cü ildə son 50 ildə Lixtenşteynin ən yaxşı futbolçusu seçilən Hasler uzun sürən xəstəlikdən sonra vəfat edib.

1989-cu ildə, 31 yaşında karyerasını bitirən Hasler, Lixtenşteyn millisinin heyətində oynamayıb. Çünki həmin vaxtlar Lixtenşteyn millisi beynəlxalq yarışlarda iştirak etmirdi.

Qeyd edək ki, Haslerin oğlu Nikolas da futbolçudur. “Vaduts”da çıxış edən Nikolas, Lixtenşteyn millisinin şərəfini qoruyur.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm