Saxtakarlıqda günahlandırılan azərbaycanlı məşqçi danışdı
Bizi izləyin

İdman

Saxtakarlıqda günahlandırılan azərbaycanlı məşqçi danışdı

Xəbər vermişdik ki, Tovuzun “Turan" klubunun keçmiş yarımmüdafiəçisi Valeri Onile Azərbaycanda iştirak etdiyi bir oyunun satılması barədə mətbuata açıqlama verib.

Həmin oyun “Neftçi” və “Qarabağ” arasında olub.

Məsələ ilə bağlı “Neftçi”nin həmin dövrdəki baş məşqçisi Vaqif Sadıqov danışarkən bunun cəfəngiyat olduğunu demişdi. (http://publika.az/p/49297 )

“Turan”nın həmin vaxtkı baş məşqçisi Nizami Sadıqovun da məsələyə münasibətini öyrəndik. Publika.az-a danışan keçmiş baş məşqçi də xəbəri yalanlayıb. O, məsələyə qısa cavab verib:

“Bu deyilənlər yalandır. Mən belə hərəkət etmərəm. Bunun baş verməsinə icazə də vermərəm, ayıbdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm