İdman
“Kim güləşçi olmaq istəyir?” – VİDEO
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərinin iştirakı ilə güləş idman növünün təqdimatı keçirilib.
İdmançılar 500-ə yaxın işçi heyətinin qarşısında bacarıqlarını göstəriblər.
Əvvəlcə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çıxış edərək, gərgin iş qrafikinə baxmayaraq, nümayişi keçirdiyinə görə Azərbaycan Güləş Federasiyasına minnətdarlığını bildirib. O, sözügedən idman növünün ölkəmizdə sürətlə inkişaf etdiyini vurğulayıb.
Sonra AGF-in baş katibi Əjdər Cəfərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, güləşçilərimizin beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib.
Qeyd olunub ki, güləş Azərbaycanın tarixi idman növüdür. Hər il
güləşçilərimiz mötəbər beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə
təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar.
Daha sonra güləşin tarixi, inkişaf mərhələləri və qaydaları haqda
məlumat verilib. Yeniyetmə idmançılar müxtəlif fəndlər nümayiş
ediblər. Cari ildə Özbəkistanda təşkil olunan dünya çempionatı və
güləşçilərimizin “London-2012” Olimpiya Oyunlarındakı çıxışından
bəhs edən videoçarx nümayiş olunub.
Tədbirə toplaşan işçi heyəti arasında “Kim güləşçi olmaq istəyir?”
müsabiqəsi keçirilib, qaliblərə Azərbaycan Güləş Federasiyasının
adından hədiyyələr təqdim edilib.
Təqdimatdan sonra Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər
Cəfərov media nümayəndələrinin suallarını cavablandırıb: “Güləş
ölkəmizdə ən çox sevilən idman növlərindən biridir. Güləşin daha da
populyarlaşması üçün biz də federasiya olaraq, əlimizdən gələni
edirik. İdmançılarımız beynəlxalq arenalarda yüksək səviyyədə çıxış
edirlər, respublikamızın himnini səsləndirirlər. Əlbəttə, bütün
bunlar dövlətimizin diqqət və qayğısı nəticəsində mümkün olur.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf
strategiyası bu gün ölkə başçısı, Milli Olimpiya Komitəsinin
Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hazırda Azərbaycan dünyada həmçinin idman ölkəsi kimi tanınır. Məhz
cənab Prezidentin diqqət və qayğısı idmançılarımızı yeni-yeni
uğurlar qazanmağa ruhlandırır. Qarşıda bizi, həqiqətən də, möhtəşəm
bir yarış gözləyir.
Birinci Avropa Oyunlarının məhz paytaxtımızda keçirilməsi böyük bir hadisədir. Biz də Güləş Federasiyası olaraq, yarışlara böyük məsuliyyətlə hazırlaşırıq. Federasiya prezidenti Fazil Məmmədovun əmri ilə Bakı 2015 Avropa Oyunları ilə bağlı proqram hazırlanıb. Bu proqramı uğurla həyata keçirməkdəyik. Əminəm ki, güləşçilərimiz onlara göstərilən diqqət sayəsində yüksək əyarlı medallarla xalqımızı sevindirəcəklər”.
Qeyd edək ki, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarında güləş yarışları Heydər Əliyev adına arenada olacaq və 6 gün davam edəcək. Burada 480 güləşçi 24 dəst medal uğrunda mübarizə aparacaq.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK