“Uşaqlarımın canına and olsun, heç vaxt qadını vurmamışam” – VİDEO
Bizi izləyin

İdman

“Uşaqlarımın canına and olsun, heç vaxt qadını vurmamışam” – VİDEO

Futbolun canlı əfsanəsi Dieqo Maradonanın sevgilisini döyməklə yenidən gündəmə gəldiyi barədə məlumat vermişdik.

Belə ki, onun sevgilisi Rosio Olivanı vurduğu söylənilir.

Yayılan videodan da göründüyü kimi, Maradona sevgilisinin yanında olarkən onun telefona baxmasına əsəbiləşib. (http://publika.az/p/48922)

Publika.az xəbər verir ki, əfsanəvi futbolçu yayılan görüntü ilə bağlı açıqlama verib. O, heç vaxt qadına əl qaldırmadığını bildirib:

“Mən onun telefonuna vurdum. Uşaqlarımın canına and içirəm ki, heç vaxt heç bir qadına əl qaldırmamışam. Həmin hadisə orada başlayıb, orada da bitib”.

Xatırladaq ki, video Argentinanın "Nosotros al Mediodia" televiziya proqramında nümayiş etdirilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm