15 min bayraq, 30.900 bilet
Bizi izləyin

İdman

15 min bayraq, 30.900 bilet

Noyabrın 6-da Avropa Liqasının F qrupunun IV turunda "Qarabağ" və "Dnepr" klubları üz-üzə gələcək.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşə hazırlıqlar indidən start götürüb.

Belə ki, mərkəzi arenada 15.000 "Qarabağ" bayrağı olacaq. Azarkeşlərə paylanacaq bu bayraqlar matç zamanı gözəl görüntünün yaranmasına səbəb olacaq. Bu göstərişi isə "Qarabağ" rəhbərliyi verib.

Qeyd edək ki, artıq sözügedən matça bilet satışının vaxtı müəyyənləşib. Belə ki, biletlər noyabrın 3-dən satışda olacaq. Toplam 30.900 bilet satışa çıxarılacaq.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm