Saqqallı güləşçi milliyə qayıtdı - FOTO
Bizi izləyin

İdman

Saqqallı güləşçi milliyə qayıtdı - FOTO

Saqqallı güləşçi milliyə qayıtdı

Uzun saqqal saxladığına görə, millidən uzaqlaşdırlan Avropa çempionu Elçin Əliyev yenidən yığmaya qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna Elçin Əliyevin özü məlumat verib. O, iki gündür yenidən milli komandada olduğunu söyləyib.

Elçin Əliyev “bəzi səbəblərə görə” komandadan uzaqlaşdığını, Güləş Federasiyası ilə heç bir problem yaşamadığını da sözlərinə əlavə edib.

Artıq yenidən yığma komandada olan Elçin Əliyev saqqalına toxunmadığını söyləyir: “Saqqala toxuna bilmərəm. Allah-Təalanın əmridir. Saqqal hər yerdə problemdir, təkcə yığma komandada deyil. Kimisə mənə oxşadırlarsa, mənim problemim deyil.

O, mənlik deyil, yaxud mən onlardan deyiləm. Ancaq federasiyada elə bir təzyiq olmayıb mənə. Saqqalla bağlı nəsə deyilib, deyilməlidir də. İndi qayıtmışam. Gələcəkdə Allah bilir nə olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm