• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qurban Qurbanov üçün əlamətdar gün

  • İdman
  • 1 Noyabr 2014 18:58
  • 1 061 Baxış
Qurban Qurbanov üçün əlamətdar gün

Azərbaycan Premyer Liqasının XI turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün ikiqat yubileylə əlamətdar olacaq.

Publika.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, 42 yaşılı mütəxəssis karyerasında baş məşqçi kimi 300-cü, “Qarabağ”la Premyer Liqada 200-cü oyunu keçirəcək.

“Araz-Naxçıvan”la sabah baş tutacaq qarşılaşmayadək onun hesabında 299 oyun var. Məşqçilik karyerasına 2006-cı ildə “Neftçi”də başlayan Qurbanov bakılıları 38 oyuna çıxarıb: 25 qələbə, 6 heç-heçə, 7 məğlubiyyət, top fərqi 76-28.

2008-ci ildən “Qarabağ”da işləyən mütəxəssis bu komandadakı 261 matçda 131 qələbə, 78 heç-heçə və 52 məğlubiyyət görüb. Top fərqi isə 342-197-dir.

Baş məşqçi kimi yalnız bu iki klubda çalışan Qurbanov ümumilikdə 299 qarşılaşmada 156 qələbə, 84 heç-heçə və 59 məğlubiyyətə şahid olub. Onun yetirmələri 418 qol vurub, 225-ni buraxıb.

Qeyd edək ki, Qurbanovun 299 matçından 227-si çempionat, 33-ü kubok, 39-u avrokubok oyunudur. Premyer Liqadakı 227 görüşdən 28-i “Neftçi”, 199-u “Qarabağ”da olub. Bu da o deməkdir ki, mütəxəssis Ağdam təmsilçisini 200-cü çempionat sınağına çıxaracaq. Klubdakı 6-cı mövsümdə onun yetirmələri 101 qələbə qazanıb, 58 heç-heçə edib və 40 dəfə uduzub. Bu matçların top fərqi 267-150-dır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR