"Qarabağ" "Araz Naxçıvan"a, "Neftçi" AZAL-a qarşı
Bizi izləyin

İdman

"Qarabağ" "Araz Naxçıvan"a, "Neftçi" AZAL-a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, turun bütün oyunları eyni günə baş tutacaq. Günün ilk qarşılaşması Qəbələdə keçiriləcək. “Qəbələ” “Bakı” ilə üz-üzə gələcək.

“İnter” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

“Xəzər Lənkəran” doğma meydanda “Simurq”u qəbul edəcək.

Növbəti oyunda paytaxt klubları qarşılaşacaq. “Neftçi” doğma meydanda AZAL-ı sınağa çəkəcək.

Günün son matçında turnir cədvəlinin lideri “Qarabağ” öz meydanında autsayder “Araz Naxçıvan”la qarşılaşacaq.

2 noyabr (bazar)

15:30.“Qəbələ” – “Bakı”
Hakimlər:
Rəhim Həsənov, Yaşar Abbasov, Nahid Əliyev, Teymur Fərhadov
Qəbələ şəhər stadionu

16:00.“Sumqayıt” – “İnter”
Hakimlər:
Orxan Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ziya Nəsirov
“Kapital Bank Arena” stadionu

17:00.“Xəzər Lənkəran” – “Simurq”
Hakimlər:
Ömər Paşayev, İsgəndər Əliyev, Elşən Acalov, Feyzulla Feyzullayev
"Xəzər Lənkəran" mərkəzi stadionu

17:15.“Neftçi” – AZAL
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Mahir Məmmədov
8-ci kilometr qəsəbə stadionu

19:30.“Qarabağ” – “Araz Naxçıvan”
Hakimlər:
Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm