Şotlandiya çempionatında görünməmiş olay
Bizi izləyin

İdman

Şotlandiya çempionatında görünməmiş olay

Şotlandiya çempionatında görünməmiş olay

Şotlandiya Çempionşipində maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, çempionat oyununda qarşılaşmanı azarkeş idarə edib. Belə ki, "Dumbarton" - "Livinqston" oyununun 50-ci dəqiqəsində baş hakim Stiv O`Reilli baldırından zədə alıb. Qaydalara görə Çempionşipin matçlarında dördüncü hakim olmur.

Bu səbəbdən qarşılaşma təxminən 15 dəqiqə dayanıb. O`Reilli oyunu idarə etmək iqtidarında olmadığına görə "Bet Butler" stadionunda azarkeşlərin arasında hakim olub-olmaması ilə bağlı anons verilib.

Belə olan halda qonaq komanda "Livinqston"un azarkeşi olan Kolin Braun məsuliyyəti üzərinə götürüb və yan xətt hakimi funksiyasını yerinə yetirib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Lakin bu vəziyyət "Dumbarton"un baş məşqçisi İan Murrayı razı salmayıb. 32 yaşlı mütəxəssis baş verənləri komediya adlandırıb: "Meydanda baş verənlər əsl komediya idi.

Niyə Çempionşip oyunlarına dördüncü hakim göndərilmir? Premyerşip və üçüncü liqada dördüncü hakim var, amma bu liqada yoxdu. Federasiya yayım haqqından böyük pay alır, amma dördüncü hakim problemini həll etmir.

Burda baş verənlər hakimin günahı deyil. Çünki qərarı nə onlar verir, nə də liqanın təşkilatçıları. Hər şeyə görə federasiya günahkardı. Bu həm bizə, həm də rəqibimizə, hətta xətt boyunca qaçmağa məcbur olan o adama (azarkeş hakimə) qarşı haqsızlıqdı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm