İdman
Azərbaycanlı güləşçiləri Rusiyaya kim, niyə aparır?
Noyabrın 7-dən 9-dək Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Millətlər Kuboku turniri keçiriləcək.
Publika.az xəbər verir ki, komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları iştirak edəcək.
Artıq qonşu ölkəyə yollanacaq güləşçilərin siyahısı bəlli olub.
Ümumilikdə yarışlarda yığmamızın idman şərəfini 30 güləşçi
qoruyacaq.
İlk olaraq mübarizə qadın güləşçilər arasında baş tutacaq. Bu
yarışda yığmamız baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin
Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətdə Ayan
Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə,
Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Nataliya
Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69
kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) yer alıb.
Sərbəst güləş yığmamız Moskvada baş məşqçi Saypulla Absaidov və
böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edəcək.
Yığmanın heyətində Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (hər ikisi
57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq),
Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd
Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97
kq) və Aslan Dzebişov (125 kq) yer alıb.
Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akiv Əliyevin rəhbərliyi
altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə 10
güləşçinin adı daxil edilib. Yunan-Roma güləşi yarışlarında
ölkəmizi Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Kamran
Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Elvin
Mürsəliyev (80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (hər ikisi 85
kq), Araz Həsənov (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil
edəcək.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Qərib Əliyev
iştirak edəcək.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var