Fəaliyyətini dayandıran klubla bağlı araşdırma aparılır – RƏSMİ
Bizi izləyin

İdman

Fəaliyyətini dayandıran klubla bağlı araşdırma aparılır – RƏSMİ

Premyer Liqada bu il mübarizəyə qoşulan "Araz-Naxçıvan"ın fəaliyyətini dayandırması barədə məlumat vermişdik.

Klubdan bununla bağlı belə məlumat verilmişdi:

"Cari mövsümdən etibarən Topaz Premyer Liqasında çıxış edən "Araz-Naxçıvan" PFK bu gündən etibarən fəaliyyətini dayandırıb”. ( http://publika.az/p/49873)

Məsələ ilə bağlı Peşəkar Futbol Liqası (PFL) ilə əlaqə saxladıq. Publika.az-a danışan qurumun mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məsələ ilə bağlı araşdırma apardıqlarını bildirdi.

“Peşəkar Futbol Liqası olaraq bunu araşdırır. Təfərrüatı ilə məlumatlandıqdan sonra ictimaiyyətə məlumat verəcəyik”.

Qeyd edək ki, noyabrın 2-də Azərbaycan Premyer Liqasının 11-ci turunda turnir cədvəlinin lideri “Qarabağ” öz meydanında autsayder “Araz Naxçıvan”la qüvvəsini sınayıb. “Qarabağ” bu oyunda “hücum silahını” işə salıb. Oyun 4:0 ağdamlıların xeyrinə başa çatıb.

Bu məğlubiyyətdən sonra klub fəaliyyətini dayandırması ilə bağlı qərar aldığını açıqlayıb.

Məğlub komandanın baş məşqçisi Əsgər Abdullayev oyundan sonra belə açıqlama vermişdi:

“Danışmalı bir şey yoxdur. “Qarabağ” bütün hallarda bizdən güclüdür. Premyer Liqada qalmaq istəyiriksə, dəyişikliklər etməliyik. Bir neçə yeni oyunçu cəlb olunmalıdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm